Hər simi min nəğməli,Bir tara bənzəyirəm.İstəsən, gəl çal məni.Şəfqətdə, məhəbbətdəBahara bənzəyirəm,Sanma bir xəyal məni.

Bir elin həsrətindənSəsim gah zilə qalxır,Eşidir dağlar məni.Qəlbimi coşan görübElə bil ki, çağırırCoşqun bulaqlar məni.

Bəzən bəmdə yurd salıbFikirimlə danışıram,Dinləyir könlüm məni.Xəyalən quşa dönübUca dağlar aşıram,Görsün öz elim məni.

Əsir başımın üstən,Hərdən soyuq, sərt külək,İstəyir yıxsın məni.İstəyir buz əliyləXəzan yarpaqları təkVurub dağıtsın məni.

Bir dağ timsalındayam,Bağlıyam bu torpağa,Tanıyır ellər məni.Qoy çapsın sola, sağa –Yenə məhv edə bilməzƏsən o yellər məni.

Yurdumun hər daşındaAyağımın izi var.Tanıyır yollar məni.Yəqin dərdi, sözü var,Səsləyir anam kimiO sel, o diyar məni.

Göydən çəni, dumanıŞəfəqlərlə silərəm.Əyməz ölüm, dar məni,Neçə darda qalanınKöməyinə gələrəm,Ellər tanıyar məni.

Həyatda adi haldır,Qara saçım olur ağ;Tərk edir bahar məni.Sən gəl qəlbimdə açanArzuya, ümidə bax.Ümid yaşadar məni,Arzu yaşadar məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən