Yenə yağış yağdı, ildırım çaxdı,Coşdu, dalğa-dalğa çağladı dəniz.Sahili boş gördü, elə darıxdıTənhalıq dərdindən ağladı dəniz.

Tutuldu səmatək, dəyişdi rəngi,Bir anda dənizin saçı ağardı.Ləpələr əl açıb bir körpə təkiElə bil arxadan bizi çağırdı.

Səslər qayalara dəydi, töküldü,Dəniz hönkür-hönkür ağladı inan.Qulağıma sınıq bir səda gəldi:Məni tənha qoyub getmə, ey insan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar