Oturub beşik başındaNəvəmə laylay çalıram yenə.Deyirəm, bütün nənələr beləcəLaylay çalsınlarGül ətirli,Süd ətirli nəvələrinə.Laylay çalıram,Laylayımda çiçəklərin zərifliyi,Şəkərin, qəndin şirinliyi vardır.Laylay çalıram,Saçlarımda gəzsə dəPayız küləkləri,Ürəyimdə solmayan bahardır.Sanı yox arzumla,Ayrıla bilmirəmNəvəmin beşiyindən.Sinəmi sipər etmişəm,Qoymaram bu körpə beşiyinəKölgə düşə,Toz qona.Mən cavabdehəmÖmrümün, günümün davamı olanBalamın balasının bu gününə,Sabahına.

İstəyirəm ona dediyimdən çoxTəzə, tər nəğmələr qoşam.Axı, balam dünyamdır mənim,Dünyamın keşiyində durmuşam.Balamın keşiyində durmuşam...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar