Dağların
Yenə də gül açdı cığırlar, yollar,Başlandı söhbəti, sözü dağların.Bizim ömrümüzə bir məlhəm olduBənövşə ətirli yazı dağların.
Ocaqlar çatıldı, ocaqlar yandı,Hər tərəf işığa, nura boyandı.Köksündə bir dünya şəfqət oyandı,Güldü şəfəqlənən üzü dağların.
Söz-söze qarışdı, nağıl-nağıla,Hər kəlmə elə bil döndü noğula.Həyat ibrət olsun pisə, paxıla,Yaşasın oğulu, qızı dağların.
Aşıqlar dayansın yenə üz-üzə,Bu şirin ömrümüz gəlməsin gözə.Bizim sazlı, sözlü məclisimizəBir də şahid olsun özü dağların.
Havası məlhəmdir ürəyə, cana,Açar qucağını şəfa umana.Sevgisi, sevdası düşüb dastana,Sönməsin ocağı, gözü dağların.
Dillərdə həmişə əzbər olubdur,Hər dolay bir canlı əsər olubdur.İgid Nəbilərə səngər olubdur,Heç vaxt əyilməsin dizi dağların.
O ağ yapıncısı sürüşər hərdən,Dövrəsində quşlar ötüşər hərdən.Qarlı zirvəsinə gün düşər hərdən,Parıldar almaztək tozu dağların.
Tərifi qurtarmaz sözlə, söhbətlə,Adı yada düşər bir məhəbbətlə.Açılar süfrəsi dosta hörmətlə,Tükənməz çörəyi, duzu dağların.Yaşasın oğulu, qızı dağların.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-daglarin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Evimdə bir dəstə gül-çiçək:sarı, ağ, qırmızı.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.