Evimdə bir dəstə gül-çiçək:sarı, ağ, qırmızı.Canlısı, cansızı.Su tökdüm güldana,canlılar yaşadı, su içdi.Gah ətir saçdılar,gah ürək açdılar.Evimdə dünyanın havası dəyişdi.Sonra da bir səhər,soluxub, quruyub, getdilər,cansızlar, sünilər qaldılar.Gələnlər gül dedi,görənlər gül dedi.Gül adı bunlara verildi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar