Ağladı tellər Saramı
Canım yandı, can ay Habil!təzələdin bir yaramı.Araz axdı kaman boyu,apardı sellər Saramı.
Ələndi torpağım, daşım,ağardı bəlalı başım.Mən ağlayıb qurtarmışdım, –Ağladı tellər Saramı.
Qarşımda canlı xəyalsan,qışqırırsan, amma lalsan.Çal, Habil, çal – belə çalsan –kaman dirildər Saramı.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-agladi-teller-sarami
← → düymələri ilə keçid, R — təsadüfi şeir