Gəlin
Sən gəlin gələndə tək idim, lap tək –atasız, anasız...haradaydı bəxtim.Sən gözəl qız idin: zərif və göyçək,mən onda, eh, kasıb bir tələbəydim.
O zaman, nə deyim başqaydı dərdim,sənsiz unudulmur dərd də, yara da.Başqa oğlanlardan mən seçilirdim,demişdin: güləşdə, boy-buxunda da,
Hələ şairliyim aşkar deyildi,ortada qalmışdım, bir az yiyəsiz.Şerim çap olurdu, ayda, ildə biro da gah yarımçıq, gah qafiyəsiz.
Bir söz eşitmişdim Vurğundan o vaxt, –“Balıq okeanda böyüyər, inan”.Mən də balıq idim,Gəncədə ancaqnə dəniz var idi, nə də okean.
Hamı həsrətilə yandığım o gün,mən səni seçmişdim qızlar içindən.Ağappaq üzünlə Novruzgülüydün,təzəcə çıxmışdın sən qar içindən.
Sən evdən köçəndə düşdük uzağahamsı yalan oldu: düz söz, doğru söz.Getdin qaynanana gəlin olmağa, –sənə yox, qəbrinə deyildi bu söz.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Nola gər qucsa miyanın kəməri-zər küstaxNola gər qucsa miyanın kəməri-zər küstax,Gətirib çoxları ortayə zər, eylər küstax.
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.