Nola gər qucsa miyanın kəməri-zər küstax
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nola gər qucsa miyanın kəməri-zər küstax,Gətirib çoxları ortayə zər, eylər küstax.
Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan,Xəbər et saqiyə kim, tutmaya sağər küstax!
Rəşk odilə yaxılır rişteyi-canım ki, neçünDəgər ol arizə geysuyi-müənbər küstax.
Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə,Hərəmi-şahə nə layiq girə çakər küstax.
Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çoxKi, düşər gözdənü üzdən sürülər hər küstax.
Həvəsim badeyi-gülgunə bu ümmid ilədirKim, olam məstü tutam daməni-dilbər küstax.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bənzədirsən özünü itlərinə hər saət,Ey Füzuli, ola bilməz sənə bənzər küstax.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-nola-ger-qucsa-miyanin-kemeri-zer-kustax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən,Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən.
Könlüm açılır zülfi-pərişanını görgəcKönlüm açılır zülfi-pərişanını görgəc,Nitqim tutulur qönçeyi-xəndanını görgəc.
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmiKönül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurmaKönül, səccadəyə basma ayaq, təsbihə əl vurma,Namaz əhlinə uyma, onlar ilə durma, oturma!
Başqa şairlərin şeirləri · Mey və meyxana
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
Xosrov və Şirin, fəsil 38Gəzməyə çıxmışdı şah bir gün erkənYanında Şirintək gözəldi çəmən.
هیچ کس را از زمانه حاصلی در دست نیستهیچ کس را در جهان آسایشی پیوست نیست
QızlarEşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.