Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur,Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur.

Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün,Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur.

Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd,Dərd əhli bizəban, bidərdlər məsti-qürur.

Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun,Nuri-mah əfzun olur, xurşiddən olduqca dur.

Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud,Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur.

Tari-zülfündürmü rüxsarında canlar məskəni,Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim,Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq