Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkindir.
Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah.Təməvvüc verməsin təşviş ona kim, onda sakindir.
Dəhanın dürcünü xali-ləbin gözdən nihan etmiş,Əmanət gör ki, hindu məxzəni-lö’löyə xazindir.
Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildimKi, xəlvət çəkməgin tə’siri sirri-kəşfi batindir.
Cigər dağinə mərhəm oldu peykanın, bihəmdillah,Səadət kövkəbinə əxtəri-bəxtim müqarindir.
Rüxündən nur oğurlar şəm’, başın kəssələr caiz,Budur bir qul sərəncami ki, sultaninə xaindir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, xali olmaz surəti-dil dust fikrindən,Bu mə’nidən ki, beytüllah, deyərlər qəlbi-mö’mindir.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-yanan-esq-atesine-atesi-duzexden-eymendir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ki, tab etməz vücudum kölgəsinə bircə divarın.
Ol qəbadən, pirəhəndən yaxşıdır qəbrü kəfənKim, onu yarın yolunda etməyirsən parə sən.
پی ماتم میان انجمن ای ماه جا کردیز غیرت باز بر من شهر را ماتم سرا کردی
Gözümdə nur, bu cismimdə bir əziz cansanNə faidə ki, gözümdən həmişə pünhansan.
Başqa şairlərin şeirləri · Eşq
Məhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
Ay üzə-üzəHicran xəstəsiyəm alagöz pərim,Yetiş imdadıma, ay üzə-üzə.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.