Hicran xəstəsiyəm alagöz pərim,Yetiş imdadıma, ay üzə-üzə.İntizarda qoyma, tükənər səbrim,Həsrətin könlümü ay üzə-üzə.

Əzəl gündən səni gördüm, yar dedim,Ya mürvət et, ya bağrımı yar, dedim.Sənə həmdəm dedim, sənə yar dedim,Demədim sözümü ay üzə-üzə.

Məmmədhüseyn çətin eşqin daldalar,Məhəbbət gölünə desən dal, dalar.Dil ver oylağımız olsun daldalar,Gəzim cüt narını ay üzə-üzə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq