Qadasın aldığım
Yar adına mən dolanım, qız qadasın aldığım,Açılanda fəsli-bahar, yaz qadasın aldığım,Bu qəzəli dilnən desəm, dilim yanar kül olar,Qoy alım əlimə telli saz, qadasın aldığım.
Qələm qaşın əyməlidi, qaynar qanım mənim,Sən təki qədirbilənə peşkəşdi canım mənim,Heç gözəldə gözüm yoxdu, düzü, peymanım mənim,Gözəllikdə yoxdur sənə söz, qadasın aldığım.
Belə yardan kim inciyər, çağıranda hay verir,Al yanaqdan zəkat çıxır, bir busə də pay verir,Dili şirin qəndi-nabat, məməsindən mey verir,Cuma ilə zarafata döz, qadasın aldığım.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-qadasin-aldigim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
کاوخ! فلک چه کجرو و گیتی چه تندخوست
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.