Başını qoya
Əsil dost məhləsinə girəndə,İstər ayağına başını qoya.Bədəsil doqqazda səni görəndə,Qaçıban tez salar özünü öyə.
Bədəsil dost olan şadiman gəzməz,Nə hörmət eyləsən ürəyi qızmaz,Əsil dost sizinlə dostluğu üzməz,İstərsə boynuna yüz qılınc dəyə.
Dəli könlüm, namərdlərdən qıraq ol,Başın üstə yandırsa da çıraq ol,Gəl, Cuma, bədəsil dostdan uzaq ol,Bir əsil dost var ki, oxşayır bəyə.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-basini-qoya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Zülfün kimi qaraldı könül dudi-ah ilə
Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Könlüm hanı dərdimdən açım mən söhbətQəmdən deməyə canımda yoxdur taqət.