Zülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.

Netsin o tari-zülfünə bu qan olan könül,Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?!

Hər guşəsində gözlərinin min bəla yatıb,Necə can almasın belə göz bir nigah ilə?

Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə,Necə ki, bağban gülü bağlar giyah ilə.

Müjgan səfini sinəmə çəkmək rəva deyil,Gəlmək xərabə mülkə nə lazım sipah ilə?!

Fikri həmişə qanını tökməkdir aşiqin,Muxtardır, nə etmək olur padişah ilə!

Məqtə — şairin təxəllüsü olan son beyt. Meyxanəyə Bahar girib "ya sənəm" deyir,Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq