Ağlayım
Gözümdə kamımdır bu gün,Mənim qiyamımdır bu gün,Xəyal əyyamımdır bu gün,Bir il tamamımdır bu gün,Qara bayramımdır bu gün,Eşqin yasına ağlayım.
O gündən gün keçib xeyli,Pərvanə Məcnun, şam LeyliYanıb gileyli-gileyli,Sevənlər sınıq taleli,Yarın sınıb mənə meyli,Mən sına-sına ağlayım.
Şəfqətim var, saçılmayan,Zülmətim var, qaçılmayan,Zillətim var, puç olmayan,Həsrətimdən açılmayan,Dərdinə əlac olmayanKönül pasına ağlayım.
Yamandır hicran yarası,Aşiqlərin macərası,Sönüb baxtımın çırası,Gedib gözümün qarası,Ağlamağın yox çarası,Qoy, qarasına ağlayım.
Nə həmdəmin var, ay Zəka,Nə məlhəmin var, ay Zəka,Batan gəmin var, ay Zəka,Sənin kimin var, ay Zəka,Minbir qəmin var, ay ZəkaBilməm, hansına ağlayım?!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-aglayim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
که کار من شد از جور تو مشکل
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.