Ay ağalar, gözüm yaşı,Çağlamağın çağı gəldi.Eşqin odu ürəyimi,Dağlamağın çağı gəldi.

Burda bir maralım itdi,Fələk mənə zülm etdi.İsmi Pünhan yarım getdi,Ağlamağın çağı gəldi.

Molla Cümə qalır yasda,Etibar yoxmuş heç dosta.Tərlan könlüm tovuz üstə,Ağlamağın (?) çağı gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq