Qoşuldu
Yenə dərdim həddən aşdı,Canım odlara qoşuldu.Bağrı nəmli, gözü yaşlı,Adım, adlara qoşuldu.
Şad könlümə su bağlandı,Ciyərim çarpaz dağlandı.İsmi-pünhan sığallandı,Gedib yadlara qoşuldu.
Molla Cuma dərd yığnağı,Gövdəsi hicran ağnağı,Sər dəhanın boğanağı,Qalxıb badlara qoşuldu.
Kitabxana.az · https://kitabxana.az/works/molla-cume-qosuldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir