Ağalar, bir gözəl sevdim,Mübarək xas gecəsidi.Məlul könlüm, dur silkələn,Eşqə həvəs gecəsidi.

Mən mailəm səntək cana,Gəl, gözümdən getmə yana.Muştuluq dost-aşinama,Düşmənə yas gecəsidi.

Dilimdə oxuram kəlam,Yuxum oldu mənə haram.Molla Cuma, al intiqam,Yardan qisas gecəsidi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq