Nə gözəl vətənsən, mübarək kəndsən,Qismət oldun biz ümmətə, Layısqı.Yan gəzənlər sənin qədrini bilməz,Sən hayıfsan müxənnətə, Layısqı.

İlimiz dünyada on iki aydır,Arzumuz geyməkdir, şadlıqdır, toydur,Gözəlin gözəldir, cavanın saydır,Bəzənmisən yüz ziynətə, Layısqı.

Molla Cümə qəm-hicrana batıbdır,Ahu-zarı asimana çatıbdır,İsmi-Pünhan səndə qərar tapıbdır,Oxşayırsan lap cənnətə, Layısqı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri