Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincə
Qorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincəEy vay ki əldən gedirəm yar gəlincəDildən düşərəm başıma dildar gəlincəÖmrüm olur axır məhi-ənvar gəlincə
Sənsiz nəcə canım tutar aram bədəndəRuhum nəcə sənsiz dolanır xanəyi-təndəHuşum dağılır yadıma yar adı gələndəMəzur tutun kim bu gülüstan və çəməndəSəbr eyləmərəm əbri-gövhərbar gəlincə
Gül çağıdır, mey ver mənə ey saqiyi-purfənBəlkə ola könlüm qəm ilə uqdədən eymənBu bəzmdə bir munis həmdəm mənə sən sənHər kəs nə bilər mən təki meyin qədrini kim mənQanlar içərəm saqi-xunxar gəlincə
Yarın ləbi-ləli mən bimara şifadırZülfü siyəhi xalü xətti dərdə dəvadırBülbül kimi gülşəndə işim şüru-nəvadırPərvanə təki günlərim əzbəski qəradırÖmrüm yetər əncama şəbi-tar gəlincə
Qərq etdi məni ləcəyi-ma sili-həvadisBaşımdan aşıb mövci-bəla sili-həvadisEy vay günüm etdi qəra sili-həvadisFəryad ki seylabi-fəna sili-həvadisDağıtdı məni üstümə memar gəlincə
Axır qəmi-yar öldürəcəkdir səni QövsiDərdü qəmi-zar öldürəcəkdir səni QövsiHamid kimi xar öldürəcəkdir səni QövsiBu dərd ki var öldürəcəkdir səni QövsiAmma ki qəm öldürməsə qəmxar gəlincə
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-muxemmes-qorxum-bu-ki-canim-cixa-qemxar-gelince
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məniKeç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
Qəzəl: Gəl öz nigahi-rövşən ilə şəm dağımıGəl öz nigahi-rövşən ilə şəm dağımıEy aftab bir gecə yandır çırağımı
Qəzəl: Mənim şux sitəmkarımMənim şux sitəmkarımTəğafüldən usanmazmı
Başqa şairlərin şeirləri · Eşq
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,