Keç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni

Zülf tək çulğaşdım ol muyi-miyanın fikrinəSaldı bir incə xəyala bu uzun sevda məni

Məst olan saqi əlindən şüşəni almaq gərəkKönlümü al kim yaman aldı bu istiğna məni

Düşdüm və durdum yolunda hər qədər mina kimiBir ayaq yetirmədi torpağa ol səba məni

Zəəf ruzafzun edər gərilə pünhan cismimiSən tək ey məcnun çox istər az tapar səhra məni

Ta ayağa başımı yetirmədi ram olmadıHəlqeyi-dam eylədi ol ahuyi-rəna məni

İndi Qövsi cövhərim peyda məni ayinə təkHər qədər simab tək bəhs etdi ta peyda məni

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana