Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümü
İstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
Nə tabı var vüsala nə hicrana taqətiSaldı fələk nə odlara bicarə könlümü
Bilməm ki qanda buldu sənin məst gözlərinMeyxanələr səbukeşi avarə könlümü
Ey şəm, sən ki məhrəmi-bəzmi-vüsal isənZinhar bir sifariş ilə yarə könlümü
İmdada qara könüllərə yaxşıdır səbaOl kakil arasında mənim arə könlümü
Rəhm ilə girmə qanına ol qanı dolmuşunEy xal, vermə qəmzəyi-xunxarə könlümü
Qövsi, şikayət öz ki əlindən rəva deyilKim saldı öz gözüm mənim odlara könlümü
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-ister-gozum-ki-gostere-dildare-konlumu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üşşaq binəvaya qulaq tut, nəvayı gör,Ney tək bu bizəbanlara dil ver, harayı gör
Qəzəl: Yüz hüsn dil ü dideyi-heyrana yetişməzYüz hüsn dil ü dideyi-heyrana yetişməz,Yüz gənc həqiqətdə bu viranə yetişməz
Qəzəl: İçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xətİçib mey qanə-qanə bağrımı qan etdi ol nov-xət,Həvasım qönçəsin gül tək pərişan etdi ol nov-xət
Qəzəl: Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıqEy səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq,Yara ərz et ki gələrmi yardan əğyarlıq