Qəzəl: Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq
Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq,Yara ərz et ki gələrmi yardan əğyarlıq
Ta mey gülgun ola, məst olmayan divanədir,Kim bilər hüşyar olan naçardır hüşyarlıq
Taqətin yoxdur, təbibim, var məndən əl götür,Kim bu dərd ilə mənə düşvardır qəmxarlıq
Mən onunçün şükr edib yalvarmanam gərdunə kim,Pək gələr nakəs dəvasından mənə bimarlıq
Aşiq olmaz, olmaya dilgir, kim mümkün deyil,Eşqdən xoşhallıq, seylabdan mə'marlıq
Cism candır bir-bir ilə, eşqü-hüsnün nisbəti,Olsa gər azarlıq mümkün deyil bizarlıq
Dəhrdə tavar, Qövsi, lazim ü məlzumdur,Əqli-naqis padşahlıq, eşqi-kamil xarlıq
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-ey-seba-tanri-ucun-et-bir-dem-menimle-yarliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təzəllümdən usandı, zülmdən dildar usanmazmıCəfa və cövrdən əğyar usandı, yar usanmazmı
Qəzəl: İstər gözüm ki göstərə dildarə könlümüİstər gözüm ki göstərə dildarə könlümüKimdir ki bir yerə yığa sədparə könlümü
Qəzəl: Keç təğafül birlə məndən ey edən şeyda məniKeç təğafül birlə məndən ey edən şeyda məniKim bu gündə görməsin heç kafir və tərsa məni
Qəzəl: Gəl öz nigahi-rövşən ilə şəm dağımıGəl öz nigahi-rövşən ilə şəm dağımıEy aftab bir gecə yandır çırağımı