Balabançı
Mən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.Bu tərlan ovundan keçə bilmirəm,Töksə də gözümdən yaş, balabançı.
Sən Vətənə namə yaza bilmirsən,Düşüb yad ellərdə gəzə bilmirsən.Mən ilə qürbətə dözə bilmirəm,Mən olmuşam bağrı daş, balabançı.
Musa yanır bir dildarın ucundan,Canlar alan işvəkarın ucundan.Məni öldürsələr yarın ucundan.Sən bizim ellərə qaç, balabançı.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-balabanci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Zülfün təzənə, neydir o şümşad qamət
Səndən nə göyərçinbaz olar, ey afət!
OxurduBir nazənin sevdim məktəbxanada,Haqq kəlamın dil əzbərdən oxurdu.
ZəriflikZərif gözəllik qəlb sirdaşı,Könlümdəki bir yaqut qaşı.
– Neçin pəncərəmi döydün, ey külək?– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!