Zərif gözəllik qəlb sirdaşı,Könlümdəki bir yaqut qaşı.Arzu sonsuz, ürək odsuz sönər...Dilbər, dilbər...

NəqarətGəl sevək bu həyatı,Zəriflik xoş bayatı.A gülüm, gözəlim, gəl dinlə məni,Sevgilim, sevindir qəlbinlə məni.

Nəqarət

Gözəldir sevmək, sev xilqəti,Həyatdakı ilk məhəbbəti.Sevgi yolu, sevda yolu,Ümman...Aman, aman...

Nəqarət

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq