Tapdalama yolları,Yollarda az iz qalar.Təzə cığır aç barı,El üçün əziz qalar.

Dərələrə enincə,Sal qayada dur uca...Danış incə, din incə,Su kimi ax – duruca.

Hərə açıb bir cığır,Hərə bir ahəngdədir.Qızlar çöldən gül yığır,Hərəsi bir rəngdədir.

Başqa bir yola uysan,Sıldırımdan aşarsan.Özün özünü duysan,Sevgi kimi yaşarsan.

Lazım qəlsə, çəkinmə,Tikanlıqla yeri sən,Təzə sözlü olarsanÖz izinlə yerisən.

Bir cığır açsın hərə,Şaxlıdır şerin qolu.İnsanı zirvələrəQaldırır zirvə yolu...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri