Gözəl Quba, “Qız bənövşə” axanda,Niyə belə parıldayır yaxanda?Ala gözü ala gözdən alandı,“Qızıl qaya” qabağında qaladı.

Şah dağına hər tutduqca ayna sən.“Qız bənövşə”, qəlbin kimi qayna sən!

Şah dağına quzey qarı çalmadı,Bağ-bağatın başdan-başa almadı.“Qız bənövşə”, niyə sakit baxırsan?Sən ki, neçə dağ kəndinə axırsan?

Şah dağına hər tutduqca ayna sən,“Qız bənövşə”, qəlbim kimi qayna sən!

Sən Qubanın mərcan daşlı suyusan,Nazlı sular sonası tək uyu sən.“Qudyalçayın” zümzüməsi həzindi,Nəğmə deyib, könlüm səni gəzindi.

Şah dağına hər tutduqca ayna sən,“Qız bənövşə”, qəlbim kimi qayna sən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri