Ana dilim
Dilim, –su kimi büllur,bal kimi şirindirElim, –Vətən adlıilk sevgilimdir.Mən eliminürəyi min bir nəğməli oğluyam.Ürəyimdən bir səs keçir:– Əqidəmdə doğruyam!..Dilim, –dillər tacı olsun deyirəm.Öz dilini sevməyənlər,lal olub, yerə girsin,bir kəlmə söz möhtacı olsun, deyirəm.El mənim,Mən də elin.Qəlbimdəki hər telin,Səsi sazımda gülür.Dilim, –bir dağ çeşməsidir,ürəyimdən dodağıma süzülür...O çeşmənin gözünüGözüm qədər sevirəm.Onun hər damlasını,özüm qədər sevirəm.Çınqıllı daşlarını,bir mirvari sanıb mən,Kaş boynuma düzəydim,can Vətən!..
Mən qürurumuqürurlaraqürur saya bilərəm.Körpə bir uşaqBeşikdən baş qaldırıb“Ana” – desə,Onu bağrıma basıb gülərəm.Çünki o, öz dilimdir,Ana dilim.Pərvaz et hər yana, dilim!mən qəlbiqəlbimdə döyünənləri,Mənim kimiöz millətiylə öyünənləri,Dilimi sevənləri sevirəm.Hər kim nə deyir-desin,elimi sevənləri sevirəm.O el, –anadan adsız doğulub,ada-şöhrətə çatdığım,ilk şerimi yaratdığımAzərbaycan torpağıdır!O dil, –ŞərqinMin bir nəğməli dodağıdır.Dodaq dedim, –O, ürək tərcümanıdır.ürəksizsə nəğmə olmaz.Dilim, –Nərgiz gülü kimidir,Boranı da düşsə solmaz.Çünki bu dil,Baharıstan torpağımda,atmış rişə.Bu dil, –O vaxt məhv olar ki,Dünya qopa, Günəş düşə.
Yoxsa heç bir saxta qürur,qüruruma düşməz yaxın.Nəğmə deyin axın-axın!..Bu nəğmələrürəklərə axıb dolsun.Bizim könül nəğməmizsə,“Azərbaycan himni” olsun!..
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ana-dilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir