Əsrin son gününə bərabər gedək
Şair dostum Mir MehdiSeyidzadəyə
Bizə deyirlər ki, gözəl dostdular.Şairim, onlara bircə sözüm var:– Dünya belə ölüb əzəldən bəri,Təmiz ürəklilər daim dost olar!..
Şair var, desə də gözəl şeirlər,Onu insan kimi sevmir bu ellər.Lakin əziz dostum, hər yerdə sənə,Həm insan, həm də ki, şair deyirlər...
Şerin töküldükcə min bir varağa,Bütün gənc nəslimiz qalxır ayağa.Demə, qocalmışam bu xoş günümdə,Saçların gümüşdür Ağa, ay Ağa!
“Ayaz”ın düşmənlə durmuş üz-üzə,“Nərgiz”in Nərgizlər yetirib bizə.Mənim Dilşad qızım, sevimli balamOxşamaq istəyir igid Nərgizə...
Yazdığın hər incə, hər gözəl şeir,Neçə kənddən deyir, şəhərdən deyir.Bütün gül balalar verib səs-səsəSənin hər şerini əzbərdən deyir.
İlham vəcdə gələr, söz qanad çalar,Ömrünü sənətə verən ucalar.Qoy deyim, bu söz də bir məqsəd olsun:– Gəncləşər gənclərlə gəzən qocalar!..
Çarpdıqca sevinclə sinəmdə ürək,Qoy şerim başına səpsin gül-çiçək.Mir Mehdi, qolunu keçir qoluma,Əsrin son gününə bərabər gedək.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-esrin-son-gunune-beraber-gedek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Paytaxtıma baxıram,İşıqdan göz qamaşır.
Yetkinlik yaşına çatanda qızlarAtanın olsa da min dərdi-səri,Qüssəni bir ana, bir də qız yeyir.
“Qız bənövşə”Gözəl Quba, “Qız bənövşə” axanda,Niyə belə parıldayır yaxanda?
Ərlə-arvad arasındaNədir vüsal, nədir həsrət,Gülər-ağlar ilk məhəbbət.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
HasiyəVərdişin təsiri gör nə böyükdür.Hələ də gül, bülbül,
Bâd-ı seher ne dir aceb bilemezüz bu bülbüleBâd-ı seher ne dir aceb bilemezüz bu bülbüleKi nâgehin anun ile gülşene düşdi gulgule