Feyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz

Əhli-dil mən' eyləməz qəlbin nəsimi-ahdan,Bağban gülzarını badi-sabadan saxlamaz

Mühlis-sadiq olan əşkin zühur etsin gərək,Aşina razi-nihanın aşinadan saxlamaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar