Rəzmiyyədən
Xaneyi-zində şüəra kimi çün tutdu qərar,Hər tərəf nur tülu' etdi zəmin ü həcərə
Tələti-nuri-cəmaliyyəsi tə'sir qılub,Döndü hər xakü həcər tələti lə'l ü güherə
Tərhi-əbrusi çəkib tiğinə sərməşq hilal,Şəms rüxsarı verib mehləqi qürsi-sipərə
Silki-lö'lö kimi cismində zireh həlqeyi-nur,Taci-qılman kimi ol tas kələ qoydu sərə
Surəti növi-bəşərlik mücəlla xurşid,Mə'nidə eyni-mələklik, mümməsəl bəşərə
Xaki-nə'leynini təqbil eylədi badi-şimal,Müşk ü ənbər xəbərin verdi məşami-səhərə
Zati-şahzadə o məlunə müqabil durdu,Küfr imana bərabər, gecə, nur ü səhərə
Qeyrəti-irsi-Yədullahi qılub cuşü xuruş,Muyi-əndamı dönüb hər biri bir nişdərə
Çəkdi şəmşirini şahzadeyi-şahbaz hünər,Qürsi-xurşid kimi girdi buruci-sipərə
Qaldırub bazuyi-düşmənkuşi bir sövlət ilə,Lə'meyi-tiğ düşüb ayineyi-bəhr ü bərə
Mövci-dərya kimi cünbüş eyləyib cümlə sipah,Vəhmeyi-saiqədən vahimə düşdü qəmərə
Kitabxana.az · https://kitabxana.az/works/dide-rezmiyyeden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey dil, cəmii vəz'i-cahana nə etibarDövri-mədari-çərxi-zəmanə nə etibar
Mövizə: Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünƏyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünBu fəna xatirinə nəfsə cəfa eyləmiyün
ÇayŞiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Qəsidə: Ey cahan dövlətinə səy qılan talibi-malEy cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
Başqa şairlərin şeirləri
Başına dolanım, dönüm, ey Vətən,Necə də yormuşdur xəzan, qış səni.
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsizBahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.