Bir ömür yaşadım ahlı, amanlı,Bir ömür yaşadım başı dumanlı,Bir ömür yaşadım xalqım sitəmdə,Analar göz yaşlı, körpələr qəmdə.Bir ömür yaşadım, bu ömür deyil,Ölsün o şair ki, xalqı hürr deyil!Bir ömür yaşadım daim zülümdə,Torpağım, sərvətim, xalqım bölümdə.Batır göz yaşına qələm əlimdə.Yazmaqla qurtarmaz dərdlərim mənim,Cəsur igidlərim, mərdlərim mənim,Qanlı döyüşlərdə düşdülər qana,Nə dağlar çəkildi Azərbaycana!...Kaş, belə dünyada doğulmayaydım,Doğuldumsa, kaş ki, qız olmayaydım,Oğul doğulaydım nə olardı mən!Milli hünərimi görəydi düşmən.Qeyrət qılıncımı alıb əlimə,Qoymayaydım düşə xalqım bölümə.Ordusu yenilməz igid olaydım,Ölüm haqdır, ölsəm şəhid olaydım.Şəhid məqamına yüksələydim kaş,Gözü odlar görmüş şair vətəndaş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən