Qəmli-qəmli cikkildəməQanadı qanlı qaranquş!Gəldim, yuvam hanı demə,Yazı tufanlı qaranquş!

Gəl, qəmli ötmə amandı!Göy bulud, burda yer-qandı...Köksün harda yaralandıYolu dumanlı qaranquş?

Harda düşdün bu tufana,Qanadların batdı qana?Baxma dağılmış yuvanaAhlı, amanlı qaranquş?

Gəl oxu bahar havanı,Şadlandır eli, obanı!Ağ eyvanda qur yuvanıBahar ünvanlı qaranquş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar