Savalanın təsbehi
Qardaş!Sənin təsbehinBir sap üstə düzülmüş,Niyə bizim xalqımızÖz sapından üzülmüş?Səpələnmiş hər yana:Hində, Çinə, İrana,Milyon kəndli, şəhərli,Milyon yollu cahana.
Ay qardaşlar, bizə ki,Süd vermişdir bir ana,Bir ocağın oduyuq,Bir xalqın övladıyıq,
Qılınclı qanunların,Zalım hökmdarlarınZərbəsiylə dəyişibAdımız, ünvanımız.Dəyişməyib, min şükürBizim doğma qanımız,Neçə dillər içindəBu yüzillər içindəDilimiz, imanımız.Dünya dəniz kimidir:Onun qabarması var,Onun çəkilməsi var,Ürəkdən ağlaması,
Yalandan gülməsi var,İnşaallah birləşərBizi ayıran yollarMən bunu görməsəm də,Yaxşı bilirəm ancaq!Bunu mənim yatdığımLal torpaqlar duyacaq.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-savalanin-tesbehi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Geceyarısı, Məhsətinin qapısı camaatla dolub, onunla görüşə gəliblər. Şah adamları əllərində qamçılar camaata hücum edib qışqırırlar:*– Dağılın! Dağılın, camaat! Yoxsa...
Biz od üstündə doğulduqMən ölümlər və sürgünlər, qadağanlar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır. Gəncliyim, ahıllığım, qocalığım kəşməkəşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb.Lakin milli dərdlərimiz daha böyük olub. Müsavat hökumətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, 20-ci ildə kəndlərimizə qəfil erməni hücumları, az ömürlü, iztirablı qaçqın günlərimiz bir-birini əvəz edib.
Qanlı YanvarMənə deyirlər ki, ağlama, bəsdi!Necə ağlamayım, millət ağlayır.
Nigaranlıq içindəyəmBir qaranlıq içindəyəm,Nigaranlıq içindəyəm,