Bir qaranlıq içindəyəm,Nigaranlıq içindəyəm,Kimsə bilmir nə gündəyəm...Sinəmdə silah lüləsiVətəndə ya sürgündəyəmŞəhərim güllə yaralı,Divarları deşik-deşik,Küçələrdə silahlılarBozüzlülər çəkir keşik.Qırılıbdır oğullarım,Qanla boyanıb yollarım,Dilim yenə susdurulub,Bağlı qalıbdır qollarım,Biz belə dərd görməmişik,Belə qurban verməmişik.Belimi qoymayın büküm.Gözümün yaşını tökümQan tüpürüm, ahlar çəkim,Tapdalanım ayaqlarda,Düzəldin sınmış belimi.Sürünməyim torpaqlarda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri