Sən – qəhqəhə,Mən göz yaşı.Hardasan, könlüm sirdaşı?Tufanlıdır ömrün qışı...Sən gül!Mən gülə bilmirəm.

Şənlik içindəykən aləm,Nədir könlümdəki bu qəm?Neyləyim ki, mən bəxtikəmDərdimi bilə bilmərəm.

Qəm əyib məğrur başımı,İtirmişəm sirdaşımı,Selə dönən göz yaşımıÜzümdən silə bilmirəm.

Səhrada bitmiş bir güləm,Fəsli quraq keçən iləm.İstəyirəm sənsiz öləmNeyləyim, ölə bilmirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri