Yuxu görürdü qarı:Gur, xurmayı saçlarıÇiyninə sürüşürdü.Kirpiklərin kölgəsiAl yanağa düşürdü.Yuxu görürdü qarı:Əynində toy paltarıQardaşının toyundaYordu oyunçuları –Dedilər: Olsun gəlin!Tamaşasına durduHamı, bu qız gözəlinBiri dedi: qəşəngdir,Biri dedi: göyçəkdir,Qız deyil, ağ çiçəkdir.Qədəminə gül tökdüCavanlar dörd bir yandan...Oyandı həyəcandanYataqdan durdu qarıO, güzgüyə baxandaTöküldü göz yaşları...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri