Neyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.

Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim?Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi.

Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər,Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi?

Vədə verdi, sındırıb əhdini, oldu bivəfa,Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi.

Bülbüli-şeyda kimi naləm tutubdur aləmi,Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər,Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar