Ey şəninə şer yazıb,Nəğmə qoşub,Yollarına al çiçəklər tökdüyümüz,Adlarını ipəklərə bükdüyümüz“Qəhrəmanlar!”Nədir tökdüyünüz qanlar?Dar ayaqda, çətin gündə,Faşistlərlə ölüm-dirim döyüşündəSizə arxa, dayaq olan,Cavanları, qocalarıZavodlarda sübhə kimi oyaq olanBir millətə nədir buncaVerdiyiniz ittihamlar!Nədir tökdüyünüz qanlar?Nədir bizim günahımız?Biz nə zaman bir millətinSərhədinə basqın edib,Torpağını zəbt etmişik?Biz nə zaman qonşumuza

Qəsd etmişik?Biz ki daim “qardaş” olduq,Dar ayaqda yoldaş olduqMillətlərə.Bununçünmü düşürük bu zillətlərə?Nədir bu tökülən qanlar?Mən bir ana fəryadıylaİndi sizi, dərdimiziDinləməyə çağırıramEy insanlar!Ey insanlar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən