Doğma yurdda yollar keçdimHey xəyallar qura-quraQarşıladı məni düzlər,Dağlar hıçqıra-hıçqıra.

Seyrə çıxdım səhər-səhər,Qarşıladı bənövşələr,Məni nərgizli meşələr,Bağlar hıçqıra-hıçqıra.

Yaratdığım bu nəğmələrBu torpaqdan, eldən gələr.Gördüm gümüş şəlalələrÇağlar hıçqıra-hıçqıra.

Etdim eli ələk-vələk,Yeddi param hanı görək?Hanı kəndlərim deyərək,Sinəmdəki yeddi yaram:Barxudarlım, Əskiparam,Ağlar hıçqıra-hıçqıra.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar