Dünən göydən od yağırdı,Bu günsə yağış yağır.Yağış yağır narın-narınBoz dumana bürünmüşŞiş qayalı dağlara.Yağış yağır narın-narınAğaclarda al – sarı,Yamyaşıl yarpaqlara.Dənizə yağış yağır,Yağış yağır torpağa.Yağış yağır yaxına,Yağış yağır uzağa.Yağış yağır bağçadakıYenicə qönçələnmişÇiçəyimə, gülümə.İçimdə bir sərinlik var, –Elə bil çölə deyil,Yağış yağır könlümə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar