Külək əsir dənizə
Uzaqdakı dağlardanKülək əsir dənizə...Deyin, belə bir səhnəTanışdırmı heç sizə?Təpələrdən, dağlardanKülək əsir dənizə!..Külək əsir dənizə...Nə dalğa, nə tufan var,Suyun üzü büsbütünOlubdur damar-damar...
Ancaq üç gün, üç gecəÇalxalanıb hey dəniz,Sahil ilə davadaNələr etdi, bilsəniz!Dəniz göydən asıldıDalğalarla üç gecə!Sular çarpdı daşlara,Çarpdı üç gün: şaqşaraq,Əsdi qaya, əsdi dağ!Amma indi sulardaTitrədikcə bu külək,Qoca dəniz dincəlirYatır körpə quzu tək!Dəniz yatır... Sanki o,Əsla nəfəs almayır:Ayna sular qırılıbQayalarda qalmayır.Günəş gəzir dənizdə!..Suyun üzündə min rəng!Səma qəşəng! Yer qəşəng!Nə dalğa, nə tufan var,Suyun üzü büsbütünOlubdur damar-damar...Baxdıqca bu aləmə,Yandı sinəmdə ürək.
– Varmı, – dedim, – dünyada,Varmı elə bir küləkƏsə 20-ci əsrə,Əsə bizim zamana?!Ağır toplar, raketlərSusamaya al qana!Gülə insan, gülə yer,Gülə daim bu həyat,Fırtınasız, tufansızDaha xoşdur kainat!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-kulek-esir-denize
← → düymələri ilə keçid, R — təsadüfi şeir