Vaxtsız gəlib payızım,Köksümdə solub ürək.Dünya gözümdən düşübBir damla göz yaşıtək...

Hansı çəmənə vardımÇiçəyi, gülü solğun.Səni kimdən soruşum?Hamının dili solğun...

Yollar əlim kimi boş,Buludlar daşdan ağır,Yağır yaz yağışları –Sənin həsrətin yağır.

Nə yetəsi arzum var,Nə gedəsi bir yerim,Yoxluğuna açılırGözüyaşlı səhərim.

Səni əlimdən alıbGünəşi gündüzümdən.Dünya gözümdən düşüb,Düşmüşəm öz gözümdən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar