Zaman üzgüçü kimi çəkibmiş nəfəsini Yüz ili yüzlük kimi xırdalamaq istəmir. Əfsanəyə bənzəyən həqiqətdir keçmişim. Mütilər bu keçmişi qurdalamaq istəmir...

Tarix adlı bir güzgüdəmən özümü axtarıramsəhər-axşam.Görüm hardan keçib yolum,əbədiyyət səfərinəhansı andan başlamışam.Hansı qaya yaddaşındaizim qalıb?Beşiyimi yırğalayıbhansı yollar?Mən günəşi hansı oda çağırmışam,İlk nəğmədə hansı eşqinhəsrəti var?Bayrağımın ilk rəngi nə,nişanı nə?Dalğalanırhansı əsrin o üzündən?Könlümdəki işıq seliQanadlanıbhansı ruhun gündüzündən?Ocağımın istisinəgələn kimlər, gedən kimlər...hansı zərrəm dağa dönüb,hansı dağım zərrələnib?hansı günüm başa qaxınc,hansı günlə qürrələnim?Göydənəmsə, nə vaxt gəldim,yerdənəmsə, nə vaxt çıxdım?hansı şöhrət limanınayol açıqdır?

Sazımızı balta ilə kökləyənlər,Məni parça-tikə edibxırda-xırda təkləyənlərMəndən necə yan keçiribyüz illərin sürətini?hardan alıb yurdumuzuəsr-əsr talan etməkcürətini?harda əlim gücdən düşüb,harda qılınc korlaşıbdır?Qəmli nəğmə çox bilirəm,sevincimdən nə qalıbdır?Baxım hansı səhifəyə,açım hansı tarixi mən...Oğluma bir nağıl deyimyurdun mərdlik tarixindən!

Onda mənim günəşim qüruba əyilirdi,On min ildi gəlirdim tarix adlı bir yolu.Hər kitabda adıma yüz böhtan deyilirdi,Hər məclisdə düşmənin tələləri qurulu...

Babaların qan töküb bu şöhrətə mindirib,Quzğunların cəngindən saldırdığın məmləkət.Bir qardaşın əyləncə dumanında endirib,Bir qardaşın təzədən qaldırdığı məmləkətYenə parçalanmışdı kim bilir neçin, niyə?Düşmənin kündəsini öz əlimiz yayırdı,Xanlar xoruzlanırdı yenə dimdik-dimdiyə,Hər dərədə bir tülkü özünü bəy sayırdı.

Onda yurdun üstünü aldı təzə bir tufan,Gəncənin göylərində ildırımlar üz-üzə.Ölkələr yenə-yenə haqqımızı unudanGördü dilbir deyilik yeridi üstümüzə.

Gəldi bir imperiya bir xanlığın üstünə,Onun silahı hədsiz, bunun əllərisə boş.

O dünya sərvətini mənimsəyib özünə,Bu isə öz-özüylə vuruşmaqdan yorulmuş.

Qışın birinci ayı – qar səpirdi bir əli,Duman ilan dilitək düzləri yalayırdı.Ağır keçən o ilin sonu ölüm hədəli,Ehtiyac gicitkəntək gözləri dalayırdı.

Axdı düşmən ordusu, gün tutuldu bir səhər,Cavad xan elçi saldı-kəssin qanın yolunu.Alçaldıcı cavabla geri döndü elçilər:“Bir şəhərli kəsəcək imperiyanın yolunu?”

Əzdi düşmən burunu neçə dəfə qəfildənAncaq dalı gur idi axıb gələn ordunun.Özü talan olan da yüz mahaldan, yüz eldənGəlirdi talamağa başqasının yurdunu.

Qırıldı məmləkətin sərhədləri damartək,İynə batmış şar kimi sıxılıb qaldı Vətən.Zülmətdə öz içinə yığışırdı bir çiçək –Bir şəhər divarına, bir evə doldu Vətən.

Cavad xan elə bil ki, evində əsir düşüb,Hökmdardı, ilk dəfə öz hökmünə şad deyil.Yüz minlərlə taleyi bir sözünə bağlayanBirdən anlayıbdır ki, özü də azad deyil.

Çatma qaşlar altında baxışların gur tufan,Zil qara saqqalına bir gecədə xal düşüb.Pəncəsinin altında ceyranlar beli qıran,İlk dəfə özü kimi bir pələnglə görüşüb.

Dolaşır at belində şəhəri başdan-başa,Həsrətli baxışıyla hər binaya göz qoyur.Soyunmuş çinarların ağ qatarı tamaşa,Kəhrizlərin nəğməsi ürəyinə göz qoyur.

El də çətin ayaqda üz tutub ona sarı,Gəncə üçün bu sınaq nə əvvəldi, nə axır.Bir gecədə boy atıb dünənin uşaqları,Gözlərindən keçmişin qəhrəman ruhu baxır.

Hamı bilir bu döyüş asan qurtaran deyil,Çaylardan su yerinə yenə də qan gedəcək.Gəncə bu məmləkətin tağbəndidir elə bil,Gəncə getdi dalınca Azərbaycan gedəcək.

Anbarların önündə tünlükdü gecəyəcən,Qala divarlarında daş verən kim, hörən kim.Bu gələn fəlakəti gözü görməsin deyəEvini Qarabağa, Şirvana köçürən kim.

Şəhər meydanlarında adamlar əsən külək,Fəlakət qorxağı da ayıldır bilməmişik.Xana baş endirənlər təsəllitək, ümidtəkYa da qəlbən deyirlər: “Biz hələ ölməmişik”.

Bir yanda qara zurna alışıb yanır yenə,İgidlər at oynadır, toy-bayramdır elə bil.Vətənin namusunu öz namusu bilənəBu vuruş da bayramdır, adicə ölüm deyil!

At da duyub nə isə, daş-divara toxunur,Cilovu əldən almır, içinə batıb səsi.Öz dəlisoyluğuyla xana meydan oxumur,Şirincə yırğalayır – sahibi inciməsin.

Əynində qara kürkü, başında qara papaq,Qara atın üstündə dar gündən soraq kimi.Başlığının ucunu çiynindən aşıraraqKürəyində yellədir bir cüt ağ bayraq kimi,

Hər daşı, hər divarı qanımıza boyandıBu daşların üstündə yüz döyüşün izi var.“Biz Gəncəni vermərik”. – xatırladı bu andı, –Burda Şeyx Nizaminin müqəddəs türbəsi var.

Keçir dar dalanlardan, palçıqlı yollardan da,Yoxsul məhəllələri: görkəmi nə kövrəkdi.Sanki indi anlayır, ayrılır bircə anda:“Qoy bir başım açılsın, xalqa kömək gərəkdir”.

Atama məzar olan, babama məzar olan,Həmişə gülzar olan mənim bəlalı yurdum.Səni neçə davanın alovu etdi talan,Səni neçə zəlzələ bünövrədən uçurdu.

Bu gencə düzlərimdə qanadın gencə açıqQartalsan ayağına pudluq daşlar asılmış,Niyə üzün gülmədi, niyə nəğmən yarımçıq,Niyə sənin bəxtinə vuruş, qırğın yazılmış?..

Bir düşmən çəkilməmiş, yüyürdü yüzü birdənÜstündə gecə-gündüz fəlakətlər dolaşır.O qədər qan tökmüşəm sənin uğrunda ki mənAyağımın altında torpaq qırmızılaşır.

Sən yurdun ucqarında, öndə yazılıb adın,Əli yetməyənlər də uzaqdan bir daş atır.Bu qədər ki, dağıldın, çoxdan itib batmışdın,Nizaminin ruhudur səni belə yaşadır.

Yəqin qədər beləymiş, yetdi mənim də növbəm,Xan qardaşlar əhlikef, düşmən zəli, sırtıqdır.Sabah yəhərdən aşsam, bir dəfə “uf” demərəmŞəhid babalarımdan mənim nəyim artıqdır?

Çağırtdırdı Mirzəni... Yuxulamışdı nə isə,Ürəyindən bu axşam qara qanlar axırdı.Tək olub tək vuruşmaq ayıb deyil heç kəsə,Öz yurdunda təklənmək onun üçün ağırdı.

Quba öz harayında, İrəvan öz işində,Dərbənd, Təbriz, Ərdəbil bir-biriylə düz demir.Lənkəran xanlığının şirə qalıb dişindəMərkəzdədi bu bəla sanki onu gözləmir.

Yuxudan ayıltmışdı bu sınaq Cavad xanı,Ayılıb çırpınırdı günahının əlində.Xırda umu-küsülər bölüb Azərbaycanı,Neçə düşmən gəlibdi bir atanın belindən.

Biri İran şahının qulluğunda dayandı,Biri Osmanlılardan kömək umur, gözləyir.Bir idik, güclü idik, ayrıldıq xırdalandıq,Düşmən bizi təkləyib yolunu təmizləyir.

Hərəmiz bir dərədə, eyş-işrət, kef, əyləncə,Bir babanın mülkünü əlli yerə bölmüşük.Birimiz döyüləndə arxayın yatdıq gecə,Bilmədik bir bədəndə hamımız döyülmüşük.

Məzarına od düşüb yəqin Şah İsmayılınYəqin Uzun Həsənin rahatlığı pozulmuş. –Bir bayrağı altında birləşən yüz mahalınHərəsinin üstündən öz əskisi asılmış...

Torpaqda sürünən çox, zirvələrdən uçan tək...Boy göstərib ucalan neçə nifaqa düşdü...Biz bir-birimizin arxasından qaçan təkTəbriz İranın oldu, Kərkük İraqa düşdü...

“Şükür hələ qapımdan qara bayraq asmıram,Düşmənin hərbə-zorbu sındıra bilməz məni.Sizə məktubumu kömək üçün yazmıram,Yazıram ayıq olub qoruyasız Vətəni.

Bu da bir vəsiyyətdir, dedim, ruhum dincəlir,Qoymayaq yad ellərə yurdun varı daşına,Qalxan etdim düşmənin qılıncına Gəncəni,Ölüm zərbəsinisə Siz endirin başına?”

* * *

Çaparlar çapıb getdi, yollar toza bələndi,Yollar. Vətən yolları yaranışdan möcüzə.Yollarda bir arzusu on yerə şaxələndiÖzü qaldı sərt qışın şaxtasıyla üz-üzə.

Axşam çovğun başladı, göydən piltələndi qar,Küləyin nəfəsində aclıq ölüm zəhəri.Gecənin yarısında gəldi qarovulçularDüşmən axıb xəlvəti dövrələmiş şəhəri.

Düşmən çovğunla gəlib, ürəyi buz bağlamış,Kür boyu meşələrin vüqarıdı qırılır.Düşmən öz yarasına bir aydı duz bağlamış,Yuxu getmir gözünə, sübhə kimi qıvrılır...

Gündə bir təzə həmlə,daş divara dəyən baş,Gəncə divarlarında burnu ovulur hər gün...Düşmən bir ay çarpışıb anladı yavaş-yavaşAcizdi, köməksizdi Gəncəni almaq üçün...

Şəhərsə öz işində, yuvasında arxayın,On belə ordu gələ divarları sökəmməz.İmtahanı nədir ki, bir ayın, iki ayın,Bir il əsir qalsa da azuqəsi tükənməz.

Çırpılır yad ordusu qala divarlarına,Quduz bir dalğa kimi zərrələnir daşlarda.Yad qanı ləkə salır Şıx düzünün qarınaQələbə ümidləri quruyur baxışlarda...

İndi düşmən elçisi gəlir əlində yazı,General iltimasla göndərib Cavad xana:“Mən də sülhə razıyam, qoy nahaq qan axmasın,Biz ki, dost niyyətiylə gəldik Azərbaycana,

Bizim gəlişimizdə nə hiylə, nə ədavət,Şəxsən imperator da dostluq vəd edir Sizə.Məni valeh edibdir Gəncədəki dəyanət.Şad olarıq keçsəniz bizim himayəmizə.

Bilirsiniz qüvvəmiz silahımız tükənməz,Gec-tez dağıdacağıq bu möhtəşəm divarı.Ancaq yaxşı düşünün, qoy qan axmasın əbəs,Özün öz əllərinlə təqdim elə açarı!”

Cavad xan saqqalını tumarlayıb əsəbi:“Əbləh oğlu, əbləhin başı ayılıb deyən”.Yağlı bir söyüş ilə tamamlanır qəzəbi,Cavabını yazdırır mirzəyə, gecikmədən:

“Əslini gizlədəmməz çiynindəki paqonlar,Bilirəm damarından axır erməni qanı.Sən ki, yaxşı bilirsən Şərqin qanunları var:Öz xoşuyla kim verər evinin açarını.

Nahaq ordu çəkdiniz bizim yoxsul ellərəXalqımız dinclik sevən, öz aləmi, öz işi.İmperator sağ olsun belə lütfünə görə,Ancaq biz hələ ondan kömək istəməmişik”.

...Yenə küçələr boyu çapır qara ürgədə,Məktubun sözlərini yadına salır bir-bir.Bilmir xeyir gələrmi yurduna bu ölkədən,Ancaq onu bilir ki, himayə bir hiylədir...

Bilir ki, bu dostluğun əsil mənası nədir,Dildə qardaş olacaq, əməldəsə yad, yağı.Bir də ayılacaqsan namusun əldən gedir,Yad tapdağı olubdu ata-baba torpağın.

Belə yağlı dil olar?Gülür, heyrətə gəlir.General olsa belə-quldur candan, ilikdən:

Yazıq quzu, canavar sənə minnətə gəlir,Deyir ki, gəl dost olaq, əl çəkək vəhşilikdən.

Rusun “şanlı” dövləti gündə bir xalqı udur,Barmaqdan göstərəntək bir ləyindən tutacaq.Təki su yeri tapsın, bircə addım geri dur,Yüz kağıza qol çəkə andını unudacaq.

Gözümün qabağında qonşuların qədəri,Ürəyimə od salıb neçə dindaşın qanı.Onsuz da biz hamımız gedəriyik, gedəriNəyimi qorxudacaq bu vuruş imtahanı?

...Elçi təzə naməylə gəlir ertəsi günü:Ordular intizarda, qılınclar qına girmiş.Bir təbəssüm bürüyür Cavad xanın üzünüGörür düşmən bu gün də ayrı bir dona girmiş.

Dönüb dünənki pələng, dəyişib tülkü olub:“Əslim sənə bəllisə, niyə vuruşaq daha.Bir vaxtlar Gəncədə də babamın mülkü olub,Mən gəlmişəm babamın mülkünü yoxlamağa”.

Cavad xan pıçıldayır, xışıldayır cığıra:“General, əyri gözlər düz qəlbimə yol tapmaz.Yüz belə tülkü gələ, yüz belə dil çıxaraMənim bir eşşəyimin palanını aldatmaz.

Gəncə hara, sən hara? O nə qələtdi yedin,Sizin dağlarınızda oynayıb daim atım.Sənin doğma kəndin də mənim yaylağım idi,Kirvəlik xatirinə babana bağışladım.

Heç özün bilirsənmi adın nə, millətin nə,General olanacan kimlərdən süd əmmisən.Çoxdan xain çıxmısan ata əmanətinə,Yurdunu sata-sata rütbələr dilənmisən. –

Elə öz yurdunda da bir gün qılınc çəkmisən,Öz yurdunu qılıncla yenəndə nə kişilik?Sən ata ocağına yad tikanı əkmisən,Onların ruhu səni qarğayıb həmişəlik.

Torpaq iştahasıyla öz-özünə gülmüsənBəlkə yad tikəsinə sövq eləyir Sizin din?İmperiya ordusuyla mənə qonaq gəlmisən,Ya ovçu tulası san özgə bir hökumətin?..

Allahın buyruğusa bu bəladan qaçılmaz,Çox da qürrələnmə ki, ordun, topun üstündü.Mən sağamsa Gəncənin qapıları açılmaz,Gəncənin bir yolu var – meyitimin üstündən”.

Generalın içini sökür qəzəb tufanı,İlan kimi qıvrılır, hiylə əkir, bitməyir.Diri-diri soyardı indi bu dikbaş xanı,Ancaq qala alınmır: Ona əli yetməyir.

Məktubun hər kəlməsi ilişib boğazına,Sözlər başından basır, sözlər yetib hədəfə.Neçə aydı əl atır Gəncənin yaxasına,Ancaq əlinin üstə dağ basılır hər dəfə.

O necə cavab tapsın çətin suala, bilmir,Şəhər dəmir pəncədə, bəs yeyib içdiyi nə:Balaca bir şəhəri üç aydı ala bilmir,Nə də adlaya bilir Gəncənin üzərindən.

“Qafqaz bütöv keçəcək imperiyanın əlinə,Baxsın İran, Türkiyə – hansı bizə güc gəlir.Azərbaycan xanları ram olacaq on günə”.İndi bu verdiyi söz özünə gülünc gəlir.

Hanı qədim zəlzələ bu şəhəri qəhr etsin.Yoxa çıxsın çörəyi, kəsilsin içdiyi su.Bilmir geri qayıtsın, bilmir irəli getsin,

Yoxsa bu boş çöllərdə məhv eləsin ordunu.Ürəyinə damıb ki, bu torpaq ona qənim,Geriyə yolu bağlı...Dili, dolağı əsir.General qızıl səpir, dindirir hər ötəniDüşdüyü bu tələdən yol tapmağa tələsir...

* * *

Axşam növbətçi gəldi,yanında iki qonaq,Döşlərində dəmir xaç, rahib geyimi qara.Gəldilər müti-müti, dörd yana boylanaraq,Çul kimi döşəndilər onun ayaqlarına.

Uşaqkən eşitdiyi uzaq, kobud dil ilə,Dəbdəbəli təzimlə, yaltaqlı o ki varƏtəyinə uzanan iki cılız əl iləOnu ümidsizlikdən çıxarırdı qonaqlar:

“Uzaqda yaşasan da, dinimiz, qanımız bir,Adınla ucaltmısan erməni vüqarını.Bu “kafir” şəhərini almaq asan deyildir,Çörəksiz, susuz qoyub, kəsməsən damarını”.

...General dirçəlibdir, bayram edir ürəyi,Rahiblər plan töküb, dağıtdılar yasını,“Gəldik əlahəzrətə elə bir yol deyək ki,Şəhər öz əlləriylə açsın öz qapısını”:

* * *

Gəncə sarsılıb birdən...Gözlərdə qorxu, heyrət,Bəxt niyə üz döndərdi, bu bəla hardan gəlir?Elə bil ki, düşmənə müttəfiqlər təbiətÜç gündür kəhrizlərdən su yerinə qan gəlir.

Çinarlı küçələrdən qırmızı axır arxlar,Adamlar dəstə-dəstə baxır bağrı yarılmış.Qaynar qan qarışmaqdan qaynar gəlir bulaqlar,Sanki yer kürəsinin şah damarı qırılmış.

Düşmənə Allah özü tərəfdardı elə bil,O qan cildinə girib, qaynayıb yerdən gəlir.Dünyanın axırıdı, bu təkcə dava deyil,Tale üz döndərəndə yüz cəza birdən gəlir.

Silah da yaddan çıxıb, ölüm, qırğın da yalan,Qılınc kəsməyən başı səs-səmirsiz su kəsir.“Çörəyimiz tükənməz”, – deyib arxayın olanİndi bir kisə una bircə qurtum su gəzir.

Şəhər “su” deyib yanır,yanğı söndürürmü qan?Bir qurtum su gücü yoxnə qızılda, nə zərdə.Uşaqlar göz yaşını yalayır dodağından,Göz yanır gördüyünə, qılınc düşür kəsərdən.

Neçəsi də bəlayla barışıbdı deyəsən,Qızıl qan sərhəd olub adamları ayırmış.Taleyimiz budursa, taleyə neyləyəsən,Yəqin Tanrının özü qan üçün susayırmış...

Düşmən duyub bu halı sevinir, bayram edir,Görür daha şəhərin yaraları dərindi.Damarından su axan şəhər qəhrəman idi,Damarından qan axır yetimə dönüb indi!

Dünən minnətə gələn, yalvaran, boyun əyən,Bu gün yenə od olub, od ilə su didişir.Tale gücün, vüqarın səsini eşitməyən,Hamıya bildirir ki, təslim vaxtı yetişir.

Gəncənin damarında qan axır, qırmızı qan,Yəni dağ günahkardı, bulaqlarmı satılmış?..

Dərdini deməsə də yaxşı bilir Cavad xanGəncənin buz suyuna al qan necə qatılmış...

Qan kəsilmir, heç olur təsəllilər, gümanlar,Gəncə-üzü matəmə, düşmən – üzü toyadı.Şəhər kəhrizləriylə axan qırmızı qanlarQəbristan yollarını matəm ilə boyalı...

Göyün üzü dönüb, birdən dayanıbdı qar,Doğma təbiətin də mərhəməti duyulmaz.Daha ölüsünə də biganədi adamlar,Ölü yuyulmadısa qəbristana qoyulmaz!

Susuzluq adamları su kimi içib keçir,Qan içməkdən unudub çoxu suyun dadını.Düşmən keçə bilməyən qapıdan ölüm keçir,Hamının qabağında oynadır öz atını.

Cavad xanın tək oğlu...ağarıb gül bənizi,Gəlir əli döşündə: “Ay ata, düşün barı,Davasız da xəstəlik qırıb tökürsə bizi,Yalvarıram əmr elə qoy açaq qapıları!”

O, ömrünün on yeddi baharına yol gedən,İnam, qətiyyət yağır cingiltili səsindən.Elə bil Cavad xanı silkələyir mürgüdən,Görür el də bezikib bu ölüm qəfəsindən.

Dayanırlar üz-üzə, sözləri yox elə bil,Dillərində qəm donub, baxışları keyimiş.Oğul ilk dəfə görür ata o ata deyil,Ata ilk dəfə görür oğlu necə böyümüş!

Görür ona dayaqdı dünən uşaq saydığı,Oğlunun tək olmağı ürəyini yandırır,O əsil şir balası, gözündə şimşək çaxırAtanın vuran əli ilk zərbəyə can atır.

Doyunca oynatdımı onu uşaq yaşında,Boynu xınalı qalıb toy üçün damazlığı.Ata indi görür ki oğlunun baxışından,Boylanır uluların ölümü saymazlığı.

“Oğul, güvəncim oğul, ruhum, sevincim oğul,Döyüş ağır olacaq duyuram aqibəti.Mən davadan dönməsəm yurdumuzda sən var ol,Qoyma ayağa düşsün nəslimizin şöhrəti”.

“Bu sözün ürəyimi parçalayır, atacan.Vuruşdan qorxuramsa anamın südü qənim.Sən döyüş meydanında qılınc çaldığın zamanMən gedib gəlin kimi gərdəkdəmi gizlənim?

Gözümdə uca dağsan, kim əyə bilər dağı,Məni ki cəsarətə səsləyibdi hər sözün.Sən özün öyrətmisən mənə qılınc çalmağı,İntiqam almağı da öyrətmisən sən özün!

Qoy torpağa sərilim tək qanad çalmaqdansa,Sənə atılan güllə mənim sinəmə tuşdu.Sənsiz sönmüş ocaqda salamat qalmaqdansa,Sənə çiyindaş olub doğranmaq mənə xoşdur!”

...Coşub ümmana döndü ata qəlbi bu sözdən,Qolları bir arşındı, beş arşın da uzandı,Bundan sonra nə dərdim?At sürüb düşmən üstəSinəsindən vurulmaq... Sağ qalmaqdan asandı.

Sorur təşnə qəlbinə oğlunun hər sözünü,Görür ocağı şəndi, bağ-bağçası solmamış.İndi daha rahatca yuma bilər gözünü,Dünyadan almadığı arzu-kamı qalmamış...

“Ata xoşbəxtliyini sən qandırdın atana,Sən məni canımdakı yuxudan silkələdin.

Sən sönməyə qoymazsan babaların odunu,Üzün ağ olsun, oğul, üzümü ağ elədin.

Neçə döyüş görmüşəm, keçmişəm neçə oddan,Ancaq bugünkü kimi məni sarsıdanı yox.Bakı, Dərbənd, Qarabağ bizi çıxartdı yaddan,Onlar ki, doğmadılar, onların da qanı yox.

Bizə “can” deyənlərin canı rahatdır deyənKin-küdrət – şeytan işi... tükənib bitməyəcək.Onlar elə bilir ki, mənim qapımı döyən,Bu bəla sabah gedib onlara yetməyəcək.

Mənim də səhvim olub, yadında saxla bunu,Bəzən acı sözümə bal qata bilməmişəm.Aralığa səpilən ədavət toxumunu,Dənləyib, “mənəmliyi” unuda bilməmişəm!

Dən-dən olub üyündük, zəmanənin çarxında,Hərə öz kisəsini, cibini güdən oldu.Biz bir-birimizə əyilməkdən qorxandaHamımızın yerinə əyilən Vətən oldu...

Şeytan girdi araya, anlamadıq bu dərdi,Qonşu darda qaldıqca hamımız dalda qaldıq.Məmləkət birləşsəydi birimiz böyüyərdi,Məmləkəti ayırıb hamımız xırdalandıq.

Özümüz balta çaldıq kökümüzə o ki var,Qolumuzu budayıb ocaq qaladıq yada,Qardaşı olmayanlar özgəni qardaş tutar,Qardaşı ola-ola yetim qaldıq dünyada.

Xalqa yaxınlıq elə, dost-düşməni yaxşı seç,Öyüddür, vəsiyyətdir – xatırlarsan sonradan.Etdiyim səhvi etmə, keçmədiyim yolu keç,Çalış ayrı-seçkilik götürülsün aradan.

Belimin yarağısan – korşalmasın yarağın,Dilimin nəğməsisən – yad dildə oxunmasın.Sənə halallıq verdim, oğul, döyüş qabağı,Hər bəla mənə gəlsin, tükünə toxunmasın.

* * *

Atlandı ata-oğul, baxışdılar bir anlıq,Hansı söz çatdıracaq bu səssiz fəryadları.Gözlərdə son tapşırıq, ümid, vida, ayrılıqHərəsini bir yana aparırdı atları...

Döyüş, amansız döyüş, davam edir üç gündü,Güllələr ağlar keçir, qan donur qıy səsindənGəncə susur, köməksiz...Düşmən sayca üstündü,Ancaq irəli cumcaq vurulur sinəsindən.

Meyit qalaqlandıqca, sanki divar alçalır,Qan selləri sədd çəkir qapıların ağzında.Qapıların birində Cavad xan qılınc çalır,Birində oğlu gülür yağılar arasında.

Bürclərdə, küçələrdə qarışıbdı qan-qana,Ölüm-dirimdi bu gün, kimsənin nicatı yox.Bir qapının ağzında ata cumur meydana,Hər əlində bir qılınc ancaq daha atı yox...

Gəncə üçün vaxt itib, gün çıxır, şər qarışır,Bu döyüş son döyüşsə gecəsi, gündüzü bir.Bir qapının ağzında oğul on yada qarşı,Ancaq rəngi ağarıb, yarasından qan gedir...

Hər biri qabağında bir dəstəni kürüyən,Dostlar, mehriban dostlar... sıraları seyrəlir...Oğul düşmənə baxır, oda dönür yenidən,Oğul ataya baxır, cavan qalbi kövrəlir!

Ayaqları altına neçə düşməni sərən,Hər qılıncı çaldıqca “al sənin payın” deyir.Yaxındakı bir evdə boylanıb pəncərədənBir gözəl əsə-əsə bu harayı dinləyir.

Düşmən bir ümmandısa, Gəncə önündə damla,Biçarə anaların gözündə yaş quruyur.Vuruşur qoca, cavan; vuruşur son inamla,Hərə öz cəsədiylə bir qarış yer qoruyur...

Oğlunun səsi gəlmir, Cavad xanı yaş boğur,Endirir son zərbəni, zərbə alır arxadan...Atanın son kəlməsi “özünü qoru, oğul!”Oğlunun son kəlməsi “sən hardasan, ata can?”

Açılır iki qapı, enir şəhərə gecə,Dahilərin işıqlı türbəsini alır çən...Yad soxulur şəhərə, soxulur ancaq necə...Ata ilə oğulun meyitləri üstündən.

Çox sevinmə general! Tarixin səbri dərin,Sənin də növbən gələr, başını uca tutma!Qanlarına bələnmiş bu məğrur igidlərin,Heç kimə borcları yox! Həqiqəti unutma!..

Millətim bağışlamaz axıtdığın bu qanı –Qardaşın qardaş üçün ağladığı vaxt olar.Vətənimin köksündə açdığın bu yaranı,İntiqam məlhəminin bağladığı vaxt olar.

Bir gün söz boğazına töküləcək bu zəhər,İndisə bayramındı – təzə orden, təzə çin.Öndə ayrı döyüşlər, öndə Bakıya səfər...Qalanın açarları “hazırlanıb” səninçin.

Gəncədəki qanların qisası uzun çəkməz,Elə düşünmə Bakı üzünə xoş baxacaq.Bir əliylə şəhərin açarını verən kəsBir əliylə xəncəri ürəyinə soxacaq.Sən Vətənsiz yaşadın, tərəfini kim çəkir,Bu torpağa yem ol ki, gözlərini dağlasın...Bu qalanın dibində səni basdırarlar ki,Nəsillərim lənətlə gorunu ayaqlasın.

* * *

Göydən üç alma düşdü... Göydən üç alma düşməz.Hə nağıl de, nəğmə qoş, şərin üzü dəyişməz.Nə qədər ki, tarix var, tarixə yamaqlar var,Özgə torpaqlarına göz dikən axmaqlar var...

Evlərə siyasətdən qanlı arxlar çəkilir,Öz yurdunda məzlumun başına turp əkilir.Yenə doğma Vətənin Cənubu əli bağlı,Düşünsə fikri bağlı, danışsa dili bağlı.

Nə qədər davam etsə sizlər, bizlər söhbəti,Arazdan daha qəddar ayırır məmləkəti.Hərə bir etiqada, hərə bir sözə bağlı,Hər ötəri arzuya qul olduq gözü bağlı!

Nəslimin damarında axan qanlar dirilsəBu tarix unudulmaz, bu həqiqət qısılmaz.Ağa-oğul daş kimi bir divara hörülsə.Göydən atom da yağa yurd kimsəyə basılmaz!

Moskva, 29 oktyabr, 1985

Ədəbiyyat bütün dövrlər üçün vacib olan ölçülərin – həqiqətin, xeyirxahlıq və gözəlliyin keşiyində dayanmağı ilə, istər-istəməz, özünü siyasətə yaxınlaşdırır.Ədəbiyyat cəmiyyətin ovqatını əks etdirən, tarix küləklərinin hardan-hara əsdiyini duyan, zamanın gərilmiş əsəblərində hansı havaların çalınacağını qabaqcadan hiss edən bir qüvvə kimi mənəvi həyatımızda həmişə müstəsna rol oynamışdır.Meydanlara gedən milyonların böyük əksəriyyətinin yolu bir vaxt ədəbiyyatımızın ehtiyatla göstərdiyi ictimai ağrılardan və milli fəlakətlərimizin dərkindən başlanıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən