Bakı – şəhərim mənim,Xəzər – bulağım mənim.Dağlar – hünərim mənim,Günəş bayrağım mənim,Dünyada nə qəmim var.

Yaşaram arzularda,Bu nazəndə baharda.Nə çovğunda, nə qardaQərq olmaram sularda,Nəğmədən yelkənim var.

Yer üzündə biz gərəkÖmr edib, dövran sürək.Hələ cavandır ürək...Azərbaycan eli təkƏbədi gülşənim var.

Doğma Azərbaycanım,Sənsən mənim həyanım.Al şəfəqə boyanımKeşiyində dayanım,Dayanım, Vətənim var!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən