Müxənnətə can deyəninDili düşsün, dili düşsün.Vədəsiz göy zəmisinəDolu düşsün, dolu düşsün.

Dil dedim, ağladı cahan,Bir sirrim qalmadı pünhan,Yurdu olsun yerlə-yeksan,Üstdən elin yolu düşsün.

Düşmənlə kim peyman bağlar?Sinəmdən getməyib dağlar,Bu Bəstini qoyub ağlar -Zalım bəyin qolu düşsün!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət