Xançobanım nə söylədi, nə dedi?Ayrılanda qucağından, Ərgünəş!Mən ki, səni ziyarətə gəlmişəm,Qaldır, öpüm ayağından, Ərgünəş!

Birdən-birə xoş əhvalım qarışdı,Sızıldadı, sümüklərim sancışdı.Odsuz, közsüz şirin canım alışdı,Od almamış ocağından, Ərgünəş!

Bu dağlarda neçə Leyli ağlamış...Bəsti kimi dağı, daşı dağlamış.Yardan bizə nə nişanə saxlamış,Nə taparam torpağından, Ərgünəş?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri