Meyvələri kal-kal düşər,Hər ağacda bar əylənməz.Uca dağlar saxlar qarı,Alçaq dağda qar əylənməz.

İtkin yarı soraqlaşdım,Alçaq, uca dağlar aşdım.Səni gördüm, yolu çaşdım,Yox, bu yerdə yar əylənməz.

Bəstini yandırıb-yaxdın,Sən hardan uğruma çıxdın?Qara pula dönsün baxdın,Ac qarında var əylənməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri