Acı ruzgar döydü ömür qapımı,Qara döndü ağ dövranım, a Qurban!Dağlarımı duman aldı, çən aldı,Zülmət oldu asimanım, a Qurban!

Bu yazıq canımı gətirdi cana,Ədalətsiz divan, zalım zamana,Atəşə pərvanə, oxa nişanə,Piltəyə şam oldu canım, a Qurban!

Tər şamama bu tağlardan kəsildi,Ömr ağacı budaqlardan kəsildi.Tütək səsi bu dağlardan kəsildi,Hayıf oldu Xançobanım, a Qurban!

Aylarım bəd gəlib, illərim nəsdi,O azca ülfəti fələk də kəsdi,Dünya zindan oldu, məhbusu Bəsti,Yaşamağa yox gümanım, a Qurban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale