Yolçunu yoldan eyləmə,Bala, sazım Löydə qalıb.Qocalmışam, itib huşum,Cəmi sözüm Löydə qalıb.

Köhnə dərdim təzələmə,Yara üstə duz ələmə.Qocalmışam, söz eləmə,Zər-qotazım Löydə qalıb.

Vədə olub yar olmuşam,Mən də baxtavar olmuşam.Ağlamaqdan kor olmuşam,Bəsti, gözüm Löydə qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri